Xudat sakini hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqlayıb

Xudat sakini hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqlayıb
Want create site? Find Free WordPress Themes and plugins.

Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

“A24.az” bildirir ki, APA -nın şimal bürosunun verdiyi mәlumata görә, bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958 -si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991 -ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

Xaçmaz rayon Polis Şöbәsindәn APA -nın yerli bürosuna verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar