Yağış yağacaq, güclü külək əsəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Yağış yağacaq, güclü külək əsəcək  – Hava ilə bağlı XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 %  olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar