Yağış yudu, Rusiyanın hərbi sirri açıldı – FOTOLAR

İsrailin İmageSat şirkətinə məxsus Yerin məsafədən zondlanması peyki Eros-B Suriyada Rusiyanın “İsgəndər-M” operativ-taktiki raketlərini aşkar edib.

A24.Az virtualaz.org-a istinadən xəbər verir ki, “İsgəndər-M” raketləri Suriyanın Latakiyadakı hərbi-hava bazasında aşkarlanıb.

İsrail mənbələri xəbər verir ki, raket kompleksi peyk müşahidəsindən gizlədilmişdi. Lakin ötən həftə güclü yağışlar yağdığından onların masakaları yuyulub və nəticədə peykə yaxalanıb. Nəticədə hərbçilər raketlərin yerini dəyişməli olublar.

Mətbuat Rusiyanın Suriyaya “İsgəndər” raketləri göndərdiyi haqda hələ 4 il əvvəl xəbər vermişdi. Lakin Rusiya rəsmiləri bunu təkzib edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR