“Yahoo” axtarış sisteminin adı dəyişdirildi

“Yahoo” axtarış sisteminin adı dəyişdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-in internet xidməti şirkəti “Yahoo”nun səhmdarları şirkətin “Verizon”a olan satış əməliyyatını təsdiqləyib.

A24.Az-ın məlumatına görə  “Verizon” “Yahoo”nun səhmlərinə 4.48 milyard dollar ödəyib.

Məlumata görə, razılıq müqaviləsi 13 iyunda imzalanacaq. “Yahoo”nun yeni adı isə bundan sonra  “Altaba Inc” olacaq.

Bu açıqlamadan sonra Nyu-York birjasında “Yahoo”nun hissələri günlük 10.2 faiz, “Verizon”un hissələri 0.7 faiz dəyər itkisi ilə üzləşib,

Mütəxəsislər “Yahoo”nun 1 milyarddan çox istifadəçisinin  “Verizon”a keçəcəyini vurğulayır. Onların fikrincə, şirkətin internet xidmətləri bazarında payı ciddi şəkildə artacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya

Müzakirə

A24.Az