Yakub Jezniçakın zədəsi ciddidir? - AÇIQLAMA

Yakub Jezniçakın zədəsi ciddidir? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ilk oyununda zədələnən “Qarabağ”ın futbolçusu Yakub Jezniçakın son durumu məlum olub.

A24.Az xəbər verir ki, Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında tibbi müayinədən keçən polşalı müdafiəçidə ciddi zədə olmadığını deyib:

“Jezniçakın xüsusi bir zədəsi yoxdur. Sadəcə, qapıçı İbrahim Şehiçlə toqquşmada əzələsi əzilmişdi. İndi özünü yaxşı hiss edir”.

Klub rəsmisi Jezniçakın “Şerif”lə cavab oyununda meydana çıxıb-çıxmayacağının hələlik məlum olmadığını bildirib.

Xatırladaq ki, “Şerif”lə matçın əvvəlində zədələnən Jezniçak 9-cu dəqiqədə meydanı tərk etsə də, həkimlərin müdaxiləsindən sonra yenidən geri dönüb. Lakin ağrıları davam edən futbolçu qarşılaşmanın 24-cü dəqiqəsində Elvin Yunuszadə ilə əvəzlənməli olub.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar