Yalçın Rzazadənin səhhəti pisləşib

Yalçın Rzazadənin səhhəti pisləşib
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti Yalçın Rzazadənin səhhətində problemlər yaranıb.

A24.Az xəbər verir ki, dərdinə Bakıda çarə tapmayan sənətkar Türkiyəyə üz tutub. O, iki həftədən çoxdur ki, xəstəxanalarin birində ayağına görə müalicə olunur.

Xəbəri təsdiqləyən Xalq artistinin xanımı bunları deyib:

“Bəli, Yalçın müəllim müalicəyə gedib. Ayağında problem var. Daha ətraflı məlumatı isə özü Bakıya qayıdandan sonra verəcək”.

Xatırladaq ki, Yalçın Rzazadə 2017-ci ilin əvvəlində telekanalların birində pilləkəndən yıxılıb. Sənətkarın ayağı ciddi zədə aldığından bir neçə ay gipsdə qalsa da, problem aradan qalxmayıb. Ayağı sınandan sonra dizinə su yığılıb, daha sonra sinirlərdə ağrılar yaranıb. (Yeniçağ)

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar