Yanlış iynə 5 yaşlı uşağı öldürdü – Bakıda

5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub.

A24.Az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib.

Ərazi üzrə 22 saylı uşaq polikilinikasının baş həkimi Rəna Qurbanova aznews.az-a açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş vermədiyini bildirib:

“Hadisə Fatimənin öz yaşadığı evində olub. Uşağa iynəni bizim polikilinkanın tibb bacıları vurmayıb. İynəni uşağa kim vurub, bu barədə məlumatsızam.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR