Yanukoviçin araqlarına həbs qoydular

Kiyev şəhərinin Peçerski rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin “Mejiqore” iqamətgahındakı spirtli içkilər kolleksiyasına həbs qoyub.

A24.Az xəbər verir ki, məhkəmənin qərarı ölkənin məhkəmə hökmlərinin vahid reyestrində dərc edilib.

Spirtli içkilərin kolleksiyasına həbs “Mejiqore” iqamətgahının qanunsuz mənimsənilməsi haqqında cinayət işinin araşdırılması çərçivəsində qoyulub. Bildirilir ki, həbs qoyulan içkilər Kiyev vilayətində yerləşən “Mejiqore”nin təbii sərhədlərinin ərazisindədir.

Məlumata görə, kolleksiyada minlərlə müxtəlif spirtli içki butulkası var. Onların arasında 1913-cü ildə hazırlanan şərab da var. (Publika.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR