Yanvarda "Azdrama"da bu tamaşalar göstəriləcək - REPERTUAR

Yanvarda “Azdrama”da bu tamaşalar göstəriləcək – REPERTUAR
Want create site? Find Free WordPress Themes and plugins.

Akademik Milli Dram Teatrının yanvar ayına olan repertuarı açıqlanıb.

Teatrın mətbuat xidmətindən A24.Az -a verilən məlumata görə, tamaşaçılar yanvarın 13-də C. Məmmədquluzadənin “Ölülər”, yanvarın 14-də Hüseynbala Mirələmovun “Vəsiyyət”, yanvarın 15-də Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” tamaşalarına baxa bilərlər.

Müvafiq olaraq yanvarın 20-də H. Mirələmovun “Xəcalət”, yanvarın 21-22-də Cəfər Cabbarlının “Almaz”, yanvarın 27-də C.
Məmmədquluzadənin “Ölülər”, yanvarın 28-də H. Mirələmovun “Vəsiyyət”, yanvarın 29-da isə A. Saqarelinin “Xanuma” tamaşası təqdim olunacaq.
Səhnə əsərləri saat: 19:00-da nümayiş olunacaq.
1-4 yanvar tarixlərində isə uşaqlar üçün Yeni il şənliyi və “Buzlar ölkəsi” tamaşası göstərilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar