Yapon texnologiyası bu dəfə uğursuzluğa düçar oldu

Yapon texnologiyası bu dəfə uğursuzluğa düçar oldu
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 30-da Yaponiyanın “Interstellar Technologies” startapının çox da böyük olmayan raketi kosmosa çıxarmaq cəhdi uğursuzluqla nəticələnib.

A24.Az NHK telekanalına istinadla xəbər verir ki, raket buraxılışdan bir neçə saniyə sonra partlayaraq yerə düşüb.

“Interstellar Technologies” startapı Yaponiyanın şimalındakı Hokkaydo adasında yerləşir. Onun inşa etdiyi raket cəmi 10 metr hündürlükdədir.

Raketin yerli vaxtla səhər saat 5:30-da Çaiki şəhərindəki buraxılış meydançasından buraxıldığı, lakin tezliklə yerə düşdüyü qeyd edilir.

Şirkətdən bildirilib ki, yanğınsöndürənlər tərəfindən əhatəyə alınan start meydançasında baş verən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar