Yaponiya nümayəndə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəldi

Yaponiya nümayəndə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəldi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıdakı Milli Gimnastika Arenası mənim dünyada ən çox sevdiyim idman qurğularından biridir.

A24.Az bildirir ki, bunu Trend-ə batut gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Yaponiya nümayəndə heyətinin başçısı Norifumi Yamamoto deyib.

O deyib ki, Yaponiya komandasının Dünya Kubokuna geniş heyətdə gəlib. “Biz ümid edirik ki, yarışlarda bütün qüvvəmizi göstərəcəyik. Ötən il biz Bakıda Dünya Kubokunda iştirak etmişik və hər şey bizim xoşumuza gəlmişdi. Bu il qərara aldıq ki, daha geniş tərkibdə gələk. Biz ümid edirik ki, daha yaxşı çıxış edəcəyik”.

O qeyd edib ki, Gimnastika Arenasında kürsü yüksəkdədir, ona görə azarkeşlər və hakimlər yarışları daha rahat izləyə biləcək.

O deyib: “Bu arena dünyada ən sevdiyim idman qurğularındandır. Bu, 2017-ci ildə ilk yarışdır. Bəzi qaydalar dəyişib, ona görə bu Dünya Kuboku bizim üçün çox vacibdir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar