Yararsız kənd təsərrüfatı texnikası naziri narahat edir – ARAŞDIRMA

Yararsız kənd təsərrüfatı texnikası naziri narahat edir – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Məlum olduğu kimi, ötən gün prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Həmin konfransda  hesabat məruzəsi ilə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bir neçə təklif səsləndirib. Nazir tam yararsız hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan kənd təsərrüfatı texnikasına dair müvafiq qərarın qəbul olunmasını təklif edib.

Buradan belə nəticə çıxarmaq olar ki, ölkədə istifadəyə yararsız texnika vahid_meherremli-1çoxdur.“A24.az”ın əməkdaşı bu məsələ ilə maraqlanıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli əməkdaşımızla söhbətində deyib ki, Azərbaycanda köhnəlmiş texnikaların əksəriyyəti Rusiya və Çindən gətirilənlərdir. Onlar da əvvəlki kənd təsərrüfatı nazirinin vaxtında alınaraq ölkəyə gətirilib: “Həmin texnikaları müəyyən şərtlərlə təsərrüfatçılara satdılar. İndi həmin texnikaların əksəriyyətindən istifadə etmək, demək olar ki, mümkün deyil. Hazırda bir çox texnikalar yararsız vəziyyətdədir”.

V.Məhərrəmli ölkədə nə qədər istifadəyə yararsız texnikanın olduğu barədə dəqiq məlumata malik olmadığını söyləyib. O, bu barədə statistikanın “Aqrolizinq” ASC-də olduğunu söyləyib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov isə “a24.az”a deyib ki, Azərbaycanda tam yararsız vəziyyətə düşmüş və təmiri iqtisadi cəhətdən səmərəli olmayanelshen_memmedov-aqrolizinq-2 texnikanın dəqiq sayı məlum deyil: “Ona görə də belə texnikaların sayının araşdırılması üçün müvafiq komissiya yaradılacaq.  Komissiya Azərbaycanın bölələrindəki aqroservislərin xətti ilə istifadəyə yararsız texnikaların sayını müəyyən edəcək. Texnikaların arasında traktorlar da, kombaynlar da ola bilər. Məsələn, elə texnikalar var ki, istismar müddəti 10 illikdir və onların arasında 10 ilə yaxındır ki, istismarda olanları var. Ona görə də komissiya araşdıracaq ki, hansı texnikalar istifadəyə yararsızdır və onların təmiri səmərəli deyil. Komissiyanın işinin nəticəsi olaraq istifadəyə yararsız texnikaların statistikası və müvafiq təkliflər hazırlanacaq. Ümumi nəticə isə ölkə rəhbərliyinə təqdim ediləcək”.

E.Məmmədov onu da bildirib ki, komissiyanın tərkibi Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” ASC-nin mütəxəssislərindən ibarət ola bilər.

O ki qaldı yararsız hesab ediləcək texnikaların aqibətinə, E.Məmmədov qeyd edib ki, istifadəyə yararsız texnikaların aqibəti mühəndislər, texniklər, mütəxəssislərin rəyindən sonra məlum olacaq: “Yəni, məlum olacaq ki, həmin texnikaların detallarından nə cür istifadə edilə bilər”.

Atif Sarıxanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar