Yarım saata 7 milyard dollarlıq alver etdilər

Yarım saata 7 milyard dollarlıq alver etdilər
Want create site? Find Free WordPress Themes and plugins.

Hər ilin 11 noyabr tarixində Çində keçirilən subaylar günü münasibəti ilə ölkənin ən böyük alış-veriş şəbəkəsi olan “Alibaba” vasitəsi ilə 25, 3 milyard dollarlıq hədiyyə alınıb. A24.az Lent.az-a istinadən xəbər verir ki, bu göstərici ilə Çin ABD-ın alış-veriş rekordlarının qeydə alındığı “Black Friday” və “Cyber Monday” günlərini geridə qoyub.

Bildirilir ki, dünən “Alibaba” üzərindən hər saniyədə 256 min əməliyyat yerinə yetirilib. Gün ərzində 82 marka 15 milyon dollarlıq satış həddini keçib. Əməliyyatların 90 faizi sistemin mobil əlavəsi vasitəsi ilə həyata keçirilib. Maraqlıdır ki, subaylar gününün ilk iki dəqiqəsində “Alibaba” üzərindən 1 milyard dollarlıq alış-veriş edilib. İlk yarım saatın yekununda isə bu rəqəm 7 milyard dollara çatıb.

Qeyd edək ki, Çində sevgililər günü anlayışı yoxdur. Əvəzində isə insanlar 11 noyabrı subaylar günü kimi qeyd edir və bu gündə hamı özünə xüsusi hədiyyə alır.

Onu da qeyd edək ki, keçən ilin 11 noyabrında “Alibaba” üzərindən edilmiş alış-verişin həcmi 18 milyard dollar olmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar