A24 Xeber

“Yarımdünya” filminin mətbuat konfransı keçirildi – FOTO

Miri Yusif: “Kinoda baxacağınız obrazımla real həyatım arasında heç bir fərq yoxdur”

“Yarımdünya” filminin mətbuat konfransı keçirildi – FOTO
754
17 Mart 2015 - 18:13

Bu gün aprelin 9-da Qala gecəsi keçiriləcək Azərbaycanın dram filmi “Yarımdünya”nın mətbuat konfransı keçirildi.

“A24.az” bildirir ki, paytaxtın tanınmış məkanlarının birində baş tutan konfransın aparıcısı Tural Əsədov idi. İlin ilk dramatik filmi olan “Yarımdünya”nın aktyorları Miri Yusif, Pərvin Abıyeva, Gülsara, Tural Əsədov, Osman Albayrak, Qurban İsmayılov və Kamran Ağabaleyevdir.

Kinonun quruluşçu rejissoru, “Kurtlar Vadisi Pusu” serialından Hakan olaraq tanıdığımız Osman Albayrakdır. Rejissor və Miri Yusif kino haqda fikirlərini bölüşdülər.

Osman Albayrak: “Əslində əgər Miri Yusif olmasaydı, bu film ərsəyə gəlməzdi. Bir çox çətinliklərimiz oldu. Lakin düşünürəm ki, uğur əldə etmişik. Miri Yusif yaxşı müğənni olması ilə yanaşı çox gözəl aktyordur. Onun tərəf müqabilləri də peşəkar insanlardır. Kino çəkmək bir çoxları üçün rahat görsənsə də, bu, həqiqətən, çətin prosesdir. 22 günümüzü çəkilişlərə ayırdıq”.

Miri Yusif: “Tam bir ay sonra artıq film hazır oldu. Kinoda baxacağınız obrazımla, real həyatım arasında heç bir fərq yoxdur. İndi məni nə görürsünüzsə, orda da həmin insanam. Sadəcə adım Anardır. Bir dostumuzu itirdikdən sonra, belə bir idea ilə mənə Osman müraciət etdi. Nəticədə uğurlu bir iş ərsəyə gəldi. Bütün kinoda zəhməti olanlara təşəkkürümü bildirirəm”.

Mətbuat konfransından fotoları təqdim edirik.

Rəvan Nasiroğlu

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00