Yarmarkaların fəaliyyəti istehlakçıları qane etmir

Yarmarkaların fəaliyyəti istehlakçıları qane etmir
Want create site? Find Free WordPress Themes and plugins.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları hələ ki, istehlakçıları qane  edən səviyyəyə çatmayıb.

Bu barədə “a24.az” Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilən rəsmi sorğunun bu saata olan nəticəsinə əsasən məlumat verir. Belə ki, nazirliyin saytında “Kənd Təsərrüfatı məhsullarının satış yarmarkalarının fəaliyyəti sizi qane edirmi?”  sualı altında sorğu keçirilir. Həmin sorğuda iştirak edən respondentlərin 40,6 faizi  suala “Bəli, qane edir”, 44,1 faizi “Xeyr, qane etmir” cavabı verib. Sorğuda iştirak edənlərin 15,3 faizinin  isə cavabı “Yarmarkalara getmirəm” olub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin bir neçə ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları 2006-cı ildən keçirilir.

Atif

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat

Müzakirə

A24.Az