Yasamalın icra başçısının müavini işdən çıxarıldı - SƏRƏNCAM

Yasamalın icra başçısının müavini işdən çıxarıldı – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.

Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.

A24.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

Digər sərəncamla İcra Hakimiyyətinin adı çəkilən şöbəsinə də yeni müdir təyin edilib. Mərədov Rüfət Saday oğlu Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin işdən çıxarılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar