"Yaşarla hər kəsə sürpriz edəcəkdik, ancaq qismət olmadı..." - MÜSAHİBƏ

“Yaşarla hər kəsə sürpriz edəcəkdik, ancaq qismət olmadı…”
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər veridiyimiz kimi, bu gün Yaşar Nurinin vəfatından 5 il ötür. Həmişəyaşar sənətkarı ailəsi, sevənləri ilə bərabər sənət dostları da yad edir.  

A24.az-a müsahibə verən Xalq artisti, ən yaxın sənət dostu, bir çox tamaşa və filmlərdə tətərəfmüqabili olmuş Firəngiz Mütəllimova Yaşar Nuri haqqında xatirələrini bölüşüb:

Bu gün Yaşar Nurinin vəfatından 5 il ötür. Azərbaycan səhnəsi 5 ildir ki, Yaşarsızdır…

– Bəli… Bunu çox gözəl xatırlayıram… Çox böyük bir faciə oldu. Yaşar kimi aktyor asanlıqla gəlmir bu sənətə. Mən Yaşarın yanında məktəb keçmişəm və onun necə böyük bir fantaziyası olduğunun şahidi olmuşam. O, hər zaman səhnədə çətin, çıxılmaz vəziyyətlərdən böyük alqışlarla çıxıb. Çox heyif ki, aramızdan tez getdi. Böyük arzuları vardı. Təəssüf ki, hamısı yarıda qaldı.

Yaşar Nurisiz keçən 5 ilin ağırlığını necə ifadə edərdiniz?

– İnanin ki, mən onun yoxluğunu hiss etmirəm. Bilirsizmi, elə bilirəm ki, o, ölməyib, yaşayır. İndi zəng edəcək, ya da gedib teatrda onu görəcəyəm. Çox qəribə bir hissdir… Evdə şəkillərinə baxıram, çəkildiyi tamaşaları, filimləri izləyirəm… Elə bilirəm ki, yaşayır, ya müalicədədir, ya xəstəxanadadır. Mən onun dünyasını dəyişdiyinə hələ də inanmıram.

Azərbaycan səhnəsində Yaşar Nurinin yerini doldura biləcək biri varmı? Yetişirmi?

– Yox, onun yerini dolduracaq bir insan görmürəm. İstedalı uşaqlarımız var, ancaq heç kim Yaşar ola bilməz…

Yaşar Nurinin xatirəsi adına layiq şəkildə anılırmı?

– Bəli, sağ olsunlar bütün kanallar, Yaşara qarşı böyük məhəbbət olduğunu hiss etdirirlər. İstər Mədəniyyət və Turiiz Nazirliyi tərəfindən, istərsə də telekanallar tərəfindən nə lazımdırsa, Yaşar üçün hamısı edilir. Sağ olsunlar.

Yaşar Nuri ilə çox film və tamaşalarda oynamısınız. Bərabər oynamağı arzu etdiyiniz başqa bir rol var idimi ki, baş tutmadı? 

– Bəli, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”-in 4-cü hissəni çəkmək istəyirdik və bunu heç kimə demirdik. Bu, tamaşaçılara böyük sürpriz olacaqdı. Ancaq qismətə baxın ki, Tariel Vəliyev də, yazar Ruslan Qəhrəmanov da rəhmətə getdi,  Yaşar da. Bu arzumuz yarım qaldı. Hər şey hazır idi, ancaq qismət olmadı.

Əgər indi 4-cü hissəni çəkməli olsanız, Azərbaycan səhnəsindən kimin Yaşarın rolunu canlandırmasını istərdiniz?

– Heç kimin…. O rolu ancaq Yaşarın xəyalı ilə canlandıra bilərəm. Yaşarın özü olmasa da xəyalı ilə… Başqa heç kimlə olmaz… Yaşardan bir də olmayacaq!

Pərvin Abgül//A24.az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar