Yaxın günlərdə pensiyalar veriləcək - 2 aylıq artımla birgə

Yaxın günlərdə pensiyalar veriləcək – 2 aylıq artımla birgə
Want create site? Find Free WordPress Themes and plugins.

”Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımla bir yerdə ödəniləcək”.

A24.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
Nazir bildirib ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə əməkhaqqının orta artım tempi 5,7 % olduğundan pensiyaların sığorta hissəsi də elə bu qədər artırılacaq.

Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə, yəni 94 faizinə şamil olunacaq. Pensiyaların ödənilməsinə isə yaxın günlərdə başlanılacaq və ödəniş növbəlilik prinsipi əsasında ediləcək.

Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılacaq. Pensiyaların artırılması üçün hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar