Yaxın Şərqdə nə baş verir?

Yaxın Şərqdə nə baş verir?
Want create site? Find Free WordPress Themes and plugins.

280920141659588191876Əsəd qüvvələri uşaqları öldürür

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada Əsəd qüvvələrinin Hama bölgəsinə təşkil etdiyi hücum nəticəsində 6 uşaq öldü.

Mülki müdafiə işçilərindən biri verdiyi açıqlamada, Hamada Kəfər Zeyta qəsəbəsinə yaxın olan bədəvilərə aid çadırlara rejim tərəfdarlarının hücumu nəticəsində 6 uşağın öldüyünü, 15 nəfərin isə yaralandığını bildirdi.

Hadisə yerinə çatdıqları zaman yanlarına başqa bombanın düşdüyünü deyən şəxs, partlayış nəticəsində 100-dən çox heyvanın öldüyünü qeyd etdi.

Mülki müdafiə işçi Əbu Xatəm, heyətlərinin bu partlayışda yaralanmadıqlarını bildirdi.

Təxminən iki ildən bəri hücumlar səbəbilə bölgədə yaşayan xalqın əksəriyyəti ya evlərini tərk edib başqa şəhərlərə sığındı, ya da çox çətin şəraitdə yaşayan qaçqın düşərgələrindəki çadırlarda yaşamaq məcburiyyətində qaldı. Rejim tərəfdarları ölkədə qadağan edilən silahlardan istifadə etməkdə davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar