Yay mövsümündə NECƏ QİDALANMALI?

Yay mövsümündə NECƏ QİDALANMALI?
Want create site? Find Free WordPress Themes and plugins.

Sağlamlığın qorunması baxımından hər fəslin öz qanunları var.

Yay fəslində qidalanma ilə əlaqədar qaydalar barədə təcrübəli fizioterapevt, Əməkdar Həkim Hacıbala Bədəlli AZƏRTAC-a danışıb: “Yay aylarında qida rasionuna fikir verilməsi çox vacib məsələdir. İlin bu fəslində daha çox tez həzm olunan və sorulan qidalara üstünlük vermək, yağlı və şəkərli qidalardan uzaq olmaq lazımdır. Qatıq, ovduq, ayran, duzsuz şor, meyvə, tərəvəz, göyərti və digər məhsullar menyuda əsas yer tutmalıdır”.

Yağlı yeməklərin orqanizmin hərarətinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayan həkim bildirib ki, havanın isti olduğu günlərdə mümkün qədər az-az və tez-tez qida qəbul etmək məsləhətdir. Birdən-birə çoxlu qida qəbul etmək həzmi çətinləşdirir, bədən temperaturunu daha da artırır. Kifayət qədər maye qəbul edilməsi də çox mühüm məsələlərdən biridir. Adətən çay və ya qaynadılmış su içməyə daha çox üstünlük verilir. Əslində isə təmiz çiy su qəbul etmək daha faydalıdır. Çünki suyun, xüsusən, bulaq suyunun tərkibi orqanizm üçün lazım olan maddələrlə daha zəngindir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar