Yekaterina Baltaçı Mehmetlə yatıb, Pyotru xilas etmişdi? - VİDEO

Yekaterina Baltaçı Mehmetlə yatıb, Pyotru xilas etmişdi? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Baltaçı Mehmet və II Yekaterina haqqında yazılanları yəqin ki, çoxunuz  oxumusuz, yaxud da  eşitmisiniz. Danışılanların gerçəyə nəqər uyğun olub – olmadığını isə çoxumuz bilmirik.

Prut müharibəsində mühasirəyə düşən rus ordusunu qurtarmaq üçün çariça II Yekaterina Baltaçı Mehmetin çadırına girir və özünü ona təslim edərək qeyri-əxlaqi bir bazarlıq edir.

Tarixi iddialarda hadisənin belə baş verdiyi deyilir. Lakin bu doğrudurmu, yoxsa yalışdırmı sualı çoxlarını maraqlandırır.

A24.az bütün suallarınızı cavablandıracaq faktları sizə təqdim edir:

Baltaçı Mehmet Çorum vilayətində doğulub və saraya baltaçı olaraq gəlib. Zamanla onda olan qabiliyyət və bacarıqlar kəşf edilir, hətta  indiki baş nazir vəzifəsinə uyğun olan posta  qədər yüksəlir.  Baltaçı Mehmeti tarixdə gündəmə gətirən yeganə hadisə çariça II Yekaterina ilə münasibətlərinin olması söz-söhbətidir.

Prut savaşında ruslar tərəfindən çıxılmaz vəziyyətə salınan İsveç karlı Osmalı  dövlətindən yardım istəyir və osmanlılar  120 minlik orduyla, Baltaçı Mehmet paşanın rəhbərliyi ilə ora göndərilir.

Osmanlı qoşunu Prut sahilində rus ordusunu mühasirəyə salır.

Bu passiv müharibə rus qoşununu səssiz-səmirsiz boğmağa xidmət edirdi  deyə, aktiv əməliyyatlar barədə heç kim düşünmür.

Tamamilə ümidsiz vəziyyətə düşən I Pyotr hətta vəsiyyət də edir: “Məndən sizə məktub gələrsə, innamayın, ola bilər ki, osmanlılara əsir düşmüşəm”, deyərək  xəbərdarlıq edir.

 

Uzanan mühasirə vəziyyəti əslində bir-birindən xəbərsiz olan ordulara yaxşı heç nə vəd etmirdi.

Bunu görən II Yekaterina təklif edir ki, Osmanlılara daş –qaş və qiymətli hədiyyələr göndərib, onla bütün şərtlərini qəbul etdiyimizi söyləyək. Belə də olur və Prut müqaviləsi imzalanır.

Lakin II Yekaterina Baltaçı Mehmetin əfsanədə deyildiyi ki, əslində  çadırına getmir. Bunu bir neçə faktla isbat etmək olar ki, həmin dönəmdə Baltaçı Mehmetin 80 –dən çox yaşı vardı, onun çadırı tək və tənha bir yerdə deyildi ki, II Yektarina oraya girəydi. Çadıra girmək o qədər də asan deyildi. Bu, zamanın da siyasi əxlaqına zidd idi.

Amma  əvəzində I Pyotru mühasirədən buraxan Baltaçını Sultan edam etdirir.

Bu əfsanə isə birbaşa alman salnaməçilərinin fantaziyası imiş.

 

 

 

 

Pərvin Abgül//A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar