Yəmən ordusu ilə Husilər arasında toqquşma: 25 nəfər öldü

Yəmən ordusu ilə Husilər arasında toqquşma: 25 nəfər öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Yəmən ordusu Beyda rayonunda gedən döyüşlərdə Husilərdən 25 nəfərin öldüyünü, 5 nəfərin əsir götürdüyünü, Lahic vilayətində də bəzi strateji nöqtələrin ələ keçirildiyini bildirib.

A24.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələr İnformasiya Mərkəzinin 117-ci Piyada Briqada Komandiri General-mayor Abdurrab el-Esbahiye istinadən məlumatına görə, ordu birlikləri Beydanın şimalında aralarında El-Halika Dağının da olduğu bəzi strateji nöqtələri ələ keçirib.

Toqquşmalarda 25 Husinin öldüyü, bəzilərinin yaralandığı, 5-nin də əsir götürüldüyü bildirilir. Həmçinin ittifaqların Es-Sevadiyye rayonuna doğru hərəkət etdiyi edilib.

Lahicin Kabeyta rayonunda də Husilərlə baş verən şiddətli qarşıdurmaların ardınca bəzi strateji nöqtələrin ələ keçirildiyi açıqlanıb. Orduya bağlı birliklərin son alınan yerlərlə strateji Calis dağına yaxınlaşdığı və burada Husiləri mühasirə altına aldığı barədə məlumat verilib.

Şimal və cənub vilayətləri arasında əlaqə nöqtəsində yerləşdiyindən böyük əhəmiyyətə malik Beyda bir müddətdir ki, Husilər ilə hökumət qüvvələri arasında şiddətli qarşıdurmalara səhnə olur.

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəmənin qərbində yaşayan əhaliyə təhlükəsizlikləri üçün Husilərin nəzarətindəki Hudeydeyə daxil olmamaları barədə xəbərdarlıq edib.

Yerli mənbələrdən alınan məlumata görə, koalisiya ilə hökumət qüvvələrinin əməliyyat keçirmək üçün hazırlandığı bir çox rayona havadan buklet atılıb.

Bukletlərdə, “Koalisiya qüvvələrindən çağırış! Dəyərli vətəndaşlarımızı, can təhlükəsizlikləri üçün zəruri hallar xaricində Hudeyde ilə ona qonşu bölgələrə girməməyə çağırırq” sözləri qeyd olunub.

Hökumət qüvvələri Hudeyde şəhəri və limanını Husilərdən almaq üçün iyunun 13-də koalisiya qüvvələrinin dəstəyi ilə əməliyyata başlamışdı. Bu çərçivədə irəliləyişini davam etdirən hökumət qüvvələri iyunun 19-da Hudeyde Beynəlxalq Hava Limanının ərazisində nəzarəti təmin etmişdi.

Qaçqın sayına dair yəmənli orqanlardan rəsmi məlumat verilmədiyi halda, BMT məlumatlarına görə, Hudeydedəki 250 min nəfərə təsir edən müharibə və qarşıdurmalar səbəbiylə bu ana qədər 5 min 200 ailə evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar