Yəməndə İŞİD silahlılarının hücumu nəticəsində 46 nəfər öldü

Yəməndə İŞİD silahlılarının hücumu nəticəsində 46 nəfər öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Yəmənin Ədən şəhərində İŞİD silahlılarının Cinayət Axtarış İdarəsinə hücumu nəticəsində 46 nəfər ölüb, 47-si yaralanıb.

Bu barədə Yəmən Daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı dinc sakinlər də var.

Qeyd edək ki, noyabrın 5-də İŞİD silahlıları Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum edib. Əvvəl terrorçu-kamikadze özünü İdarənin girişində partladıb, sonra isə 30-a yaxın silahlı binaya daxil ola bilib. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar