Yeni ilin ilk günlərində hava belə olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən A24.az – a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 3-5° isti, gündüz  7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət  gecə 80-90%, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 1-də arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR