YENİ KƏŞF: Bir göy cismində 3 kristal növü aşkar edildi – FOTO

Elm adamları Sibir bölgəsində 2011-ci ildə tapılan bir parça göy cismindən təbii yollarla yaranmış kuazi kristalını aşkarlayıb.

“A24.az” xəbər verir ki, nəticələri “Scientific Reports”da yayımlanan araşdırmada kristalı analiz edən alimlər Rusiyanın uzaq şərqindəki Xaturka bölgəsində 5 il bundan əvvəl tapılan göy cisminə aid olan daş parçasına elektron mikroskopla baxıb və kuazi kristalının sadəcə bir neçə mikrometr genişliyində kiçik bir nümunəsi kəşf edilib.

Daha əvvəl də iki təbii kuazi kristalının eyni göy cismində yer aldığını ancaq fərqli tərkiblərə sahib olduğunu bildirən elm adamları bu, sonuncu nümunənin iyirmi bərabərtərəfli üçbucaq üzlü simmetriyaya sahib olduğunu və bunun daha əvvəl təbii yollardan meydana gəldiyinə rastlanamdığını qeyd edib.

Araşdırmaçı alim Paul Steinhardt, “maraqlı bir hadisədir. Eyni göy cismindən 3 fərqli kristal növü aşkarladıq və bu yeni molekul kuazi kristalı üçün bənzəri görülməmiş bir kimyəvi tərkibə sahibdir” deyib.

Steinhardt kristalın alüminium, mis və dəmirdən ibarət 60 tərəfli dönər simmetriya xüsusiyyətinə malik ekzotik naxışlara sahib olduğunu bildirib.

Qeyd edək ki, araşdırmaçılar uzun illər bir çox nümunələr istehsal etdikdən sonra 2000-ci illərin əvvəlində təbii yollarla yaranan ilk kuazi kristalını kəşf etmişdi.

141220161042494153460_2-41
2011-ci ildə tapılan göy cismi

gok-tasinda-olusmus-kuazi-kristali-bulundu-93979

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR