Yeni lazer sistemi ilə dumanlı yolda maşın sürmək asanlaşacaq - FOTOLAR

Yeni lazer sistemi ilə dumanlı yolda maşın sürmək asanlaşacaq – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar.

“A24.az”ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.

Ağır iqlim şəraitində sınaqdan keçirilmiş və tam avtomatlaşdırılmış “LaserAid” adlı sistem yolu duman bürüdüyü zaman işə düşür. İtaliyanın yol xidməti tədricən ölkənin bütün yollarını “lazer” duman əleyhinə qurğularla təchiz etmək niyyətindədir. Yolu işıqlandıran adi fənərlərin analoji iş prinsipinə malik bu qurğu yol boyu dayaq və sütunlarda yerləşdirilə bilər.


Trend.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar