Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsiylə bağlı dəyişiklik

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsiylə bağlı dəyişiklik
Want create site? Find Free WordPress Themes and plugins.

 Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilib.

“A24.az”ın “Report”a istinadən verdiyi xəbərə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilir.

Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi verilməsi planlaşdırılırdı.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar