Yeni RÜSUM təsdiqləndi: Ölkəyə yeni TELEFON gətirənlərin NƏZƏRİNƏ

Yeni RÜSUM təsdiqləndi: Ölkəyə yeni TELEFON gətirənlərin NƏZƏRİNƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Mobil cihazların qeydiyyatının aparılması üçün rüsumlar rəsmən artırıldı

Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.

A24.Az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na yeni bənd əlavə edilib.

Əlavəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

Qeyd edək ki, bu ilin iyulun 31-də Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilib. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödənilir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İqtisadiyyat, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar