Yeni tələbə kartı olacaq: Bolluca güzəştlər var - VİDEO

Yeni tələbə kartı olacaq: Bolluca güzəştlər var – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Tələbə Gənclər Təşkilatları İttifaqı və Avropa Gənclər Kartı Assossasiyasının birgə layihəsi olan ”tələbə kartı” xeyli marağa səbəb olub. Tələbələrə ölkə ərazisində 400-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirim imkanı verən kartın nəqliyyatda da istifadəsi üçün danışıqlar aparılır.

A24.Az xəbər verir ki, 2012-ci ildən etibarən ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə paylanan beynəlxalq tələbə kartının fürsətləri genişləndirilir. Tələbələrə ölkə ərazisində 400-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirim imkanı verən kartın nəqliyyatda da istifadəsi üçün danışıqlar aparılır.

Yeni kartların verilməsi üçün fevraldan sənədlərin qəbuluna başlanılıb. Artıq 4 min-ə yaxın tələbə qeydiyatdan keçərək sənədlərini təqdim edib.

İndiyədək 196 min kart hazırlanaraq pulsuz paylanılıb. Yeni kart hazırlanarkən tələblərin fikri də əsas götürülüb və bu kart əvvəlki kartlardan fərqlənir. Avropa Gənclər Kartı Assossasiyasına üzv olan bu kart vasitəsilə tələbələr Avropanın 37 ölkəsində 80 mindən çox obyektdə də endirimlərdən faydalana biləcəklər.

Kartı bütün kurs tələbləri eləcədə magistrlar təhsil aldıqları universitetlərin tələbə gənclər təşkilatına müraciət edib ala bilər. Kartdan səyahət zamanı otellər və hostellər sifariş etməkdə, ekskursiya və turlarda, mağazalarda, müxtəlif xidmətlərdə istifadə etmək mümkündür.

Xəzər Xəbər

Xəzər Xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar