Yeni troyan virusu aşkar edildi

Yeni troyan virusu aşkar edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Əslində isə proqram işləməyə davam edir

ESET şirkətinin mütəxəssisləri Android telefonlar üçün önəmli kimi görünən yeni troyan virusu aşkar ediblər.

A24.Az-ın Sputnik Azərbaycana istinadla xəbər verir ki, zərərverici proqram HeroRat adlanır. Qeyri-rəsmi internet mağazalardan proqram üçün müraciət edənlərə hücum edir.

Hücumçu sosial şəbəkə istifadəçilərini müəyyən miqdarda kriptivalyuta vermək vədi ilə aldadırlar. İstifadəçi zərərli proqramı yüklədikdən sonra yükləmənin səhv olması mesajı gəlir və proqramın öz-özünə sildiyi görünür. Əslində isə proqram işləməyə davam edir.

HeroRat cihaz üzərində bütün idarəetməni əlinə alır. Cihazın nizamlamasını dəyişir, cihazda olan məlumatları oğurlayır. Troyan virusunun müəllifləri onu arzu edənlərə 3 versiyada satır. Xüsusiyyətlərindən asılı olaraq toryan virusun qiyməri 25-100 dollar arasında dəyişir.

Mütəxəssislər Android istifadəçilərinə məsləhət görür ki, kibertəhlükəsizliyi qorumaq üçün qeyri-rəsmi mağazalara müraciət etməsinlər. Onların fikrincə, Google Play bu baxımdan təhlükəsizdir.

Read more: https://sputnik.az/tech/20180623/415896830/yeni-virus-yayilib-ozunuzu-qoruyun.html

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar