Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans Mingəçevirdə qəzaya düşdü

Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans Mingəçevirdə qəzaya düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından yanğın səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya düşüb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində, Nəsimi küçəsində baş verib.

Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə oradakı xəstələri təxliyyə edən 90-JX-682 dövlət qeydiyyat nömrə nişanlı təcili tibbi yardım maşını yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə təcili tibbi yardım maşını yararsız hala düşüb. Təcili tibbi yardım maşınında olan xəstə isə taksi ilə xəstəxanaya çatdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar