Yevlaxda quldur dəstə zərərsizləşdirilib

Yevlaxda quldur dəstə zərərsizləşdirilib
Want create site? Find Free WordPress Themes and plugins.

Yevlax rayonunda quldurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

“A24.az” xəbər verir ki, Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, noyabrın 18-də rayon sakini Elgün Cəfərov həmyerlisi Ruslan Abdullayevi bıçaqlayıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Cəfərzadə tutulub.

E.Cəfərzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə məlum olub ki, noyabrın 18-də o, həmyerliləri Nadir Babayev, Çingiz Mahmudov və Elvin Şahverdiyevlə birgə Nazlı Bayramovanın yaşadığı evə açıq qalmış qapıdan giriblər. Daha sonra onu bıçaqla hədələyərək əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və qızıl əşyalar aparıblar.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə N.Babayev və Ç.Mahmudov da saxlanılıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar