Yeyinti və korrupsiya halları haqda mediada adı ən çox hallanan universitet - ANALİZ

Yeyinti və korrupsiya halları haqda mediada adı ən çox hallanan universitet – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

mtm-300x254-300x254-300x254Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət universitetlərlə bağlı fevral ayı üzrə məlumatları təqdim edir:

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10.543 xəbər yerləşdirilib. Bunlardan 248 xəbər mənfi, 89 xəbər müsbət və 10.206 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər:

Azərbaycan Texnologiya Universiteti (146 xəbər-universitetdə 1,5 mln. manatlıq yeyinti, korrupsiya və s.), Azərbaycan Dövlət İqtisad Universiteti (34 xəbər-universitetin rektoruna qarşı olan ittihamlar), Azərbaycan Universiteti (19 xəbər-rüşvət, universitetin rektorundan şikayət və s.).

Azərbaycan Dövlət İqtisad Universiteti isə müsbət xəbərlər arasında 29 xəbərlə (universitetin Azərbaycan birincisi seçilməsi, beynəlxalq reytinqdə yer alması) liderdir.

 

Xəbər sayına görə sıralama:

Bakı Dövlət Universiteti                                           1107 xəbər

Dövlət İqtisad Universiteti                                        827 xəbər

Dövlət Neft və Sənaye Universiteti                          646 xəbər

Bakı Slavyan Universiteti                                          626 xəbər

Tibb Universiteti                                                        613 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1.231 xəbər dərc edilib. Bu xəbərlərdən 1.206-ıneytral, 14-ü mənfi, 11- i isə müsbət xəbərlərdir.

Mənfi xəbərlər arasında liderlər:

Azərbaycan Texnologiya Universiteti (9 xəbər-universitetdə 1,5 mln. manatlıq yeyinti, korrupsiya və s.), Azərbaycan Dövlət İqtisad Universiteti (5 xəbər-universitetin rektoruna qarşı olan ittihamlar). Bakı Ali Neft Məktəbi (5 xəbər-universitetin rektorunun YAP tərəfindən təltif olunması) isə müsbət xəbərlərarasında liderdir.

 

Xəbər sayına görə sıralama:

Bakı Dövlət Universiteti                                           144 xəbər

Bakı Slavyan Universiteti                                          108 xəbər

Dövlət İqtisad Universiteti                                        94 xəbər

Bakı Ali Neft Məktəbi                                                65 xəbər

Dövlət Neft və Sənaye Universiteti                          56 xəbər

 

Fevral ayında televiziya kanallarında universitetlər haqqında 179 xəbər göstərilib.

 

Xəbər sayına görə sıralama:

Bakı Slavyan Universiteti                                          32 xəbər

Bakı Dövlət Universiteti                                            20 xəbər

Dövlət İqtisad Universiteti                                       18 xəbər

ADA Universiteti                                                        11 xəbər

Bakı Ali Neft Məktəbi                                               10 xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar