A24 Xeber

Yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanıldı

Yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanıldı
355
10 Noyabr 2018 - 13:26

Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə A24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00