"Yol verin, qudam gəlir" - Azərbaycanın quda məmurları - SİYAHI

“Yol verin, qudam gəlir” – Azərbaycanın quda məmurları – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Məlumdur ki, Azərbaycanda yüksək vəzifəli şəxslər arasında qohumluq əlaqələri mövcuddur. Yüksək vəzifəli məmurlar bir-birindən qız alıb-verməklə, həm aralarındakı bağları gücləndirir, həm də bir növ hakimiyyətdəki nüfuz dairələrini, çevrələrini genişləndirirlər. Məhz buna görə, hazırda hökumətdə vəzifə tutan quda məmurların sayı olduqca çoxdur.

A24.az Azərbaycanın bir-birilə quda olan məmurlarının siyahısını təqdim edir:

Vergilər naziri Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın bibisi oğlu Altay Məmmədovla qudadır.

 

Bir neçə gün öncə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub. Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da  Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov  eks-deputat Sabir Rüstəmxanlı ilə qohumdur.  Belə ki, keçmiş millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının bir müddət öncə Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel xanımla evlənib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.

Baş nazirin müavini Abid Şərifovun gəlini daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovun qızıdır.

Vergilər naziri Fazil Məmmədovun da qohumu olan məmur var. Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevlə qudadır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.

Araşdırmada mətbuatda gedən yazılardan istifadə olunub.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar