Yolu “Həzi Aslanov” metrostansiyasından keçənlər bu xəbəri oxusun!

Yolu “Həzi Aslanov” metrostansiyasından keçənlər bu xəbəri oxusun!
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq. Təmir gələn ilin fevral ayında başa çatacaq

“A24.az” bildirir ki, “Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar