Yoxsul vətəndaşların düşəcəyi vəziyyət nəzərə alınmalıdır” - Deputatlar narazılıq etdi

Yoxsul vətəndaşların düşəcəyi vəziyyət nəzərə alınmalıdır” – Deputatlar narazılıq etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, Milli Məclisin sonuncu keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən nümayəndəlik institutunun ləğv edilməsi ilə bağlı dəyişiklik səs çoxluğu ilə qəbul edildi.

A24.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iclasda deputatlar Fazil Mustafa, Çingiz Qənizadə, Zahid Oruc, Qənirə Paşayeva təklifin qəbul edilməsinin əleyhinə çıxış etdilər. Onlar bunu nümayəndələrin işsiz qalacağı, yoxsul vətəndaşların müdafiəsiz qalacağı ilə əsaslandırdılar.

Bununla bağlı dəyişikliyin əleyhinə səs verən deputat Zahid Oruc və Fazil Mustafa “Qafqazinfo”ya danışıblar.

Z. Oruc qeyd edib ki, Ali Məhkəmə sədrinin təşəbbüsü ilə parlamentə daxil olan sənəd prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində apardığı genişmiqyaslı islahatların ruhuna və fəlsəfəsinə ziddir: “Biz ötən illər ərzində bir tərəfdən, hakim korpusunun formalaşmasında şəffaf mexanizmlərin və mütərəqqi dəyişiliklərin şahidi olmuşuq, o biri yandan qanunvericilik sistemində də köklü yeniliklər edilib. Xüsusilə də Cinayət Məcəlləsində 300-ə maddəyə tətbiq olunan yeni yanaşmalar, yəni, dekriminallaşma, sanksiyaların azaldılması və xalq arasında “cəza bilərziyi” kimi xarakterizə olan probasiya mexanizminin irəli sürülməsi hüquq məkanında inqilabi hadisə kimi qəbul olunub. Buna görə də vətəndaşın keyfiyyətli müdafiəsinə zərbə vuran və ədalətli mühakiməni aradan qaldıran təşəbbüslər geriyə addım olardı.

Parlamentdə müzakirələr zamanı Ali Məhkəmə adından çıxış edən nümayəndənin bütün insani keyfiyyətlərinə rəğmən arqumentləri inandırıcı görünmədi və tənzimləmə adı ilə əslində nümayəndəlik institutunu ləğv etdikləri ortaya çıxdı.
Hətta söyləndi ki, qanun yanvarın 1-də qüvvəyə minəcək, ona qədər ölkədə vəkil korpusunun sayı orta Avropa normasına çatdırılacaq.

Bildiyiniz kimi, Avropa Şurası arealında onlarla sosial-iqtisadi parametrdə öndə olduğumuz halda, əhalinin 100 min nəfərinə düşən vəkil sayına görə çox geri qalırıq. Min dəfə təəssüflə deyək ki, Ermənistan və Gürcüstan sözügedən göstəricidə bizdən 5-10 dəfə qabaqdadırlar. Eyni zamanda, 480 hakimin bir il ərzində 100 mindən artıq mülki, 300 minə qədər əmr icraatına baxdığını nəzərə alsaq, bütövlükdə yarım milyon işə çıxmaları fonunda vətəndaşın hüquqi müdafiəsinin hərtərəfli qurulması işinin təkmilləşdirilməsinin bir nömrəli məsələyə çevrildiyini görə bilərik.
Diqqət edin ki,rayon məhkəmələrinin bir ay ərzində baxdıqları 10 minə yaxın mülki işin 95 faizindən yuxarı qurumlara şikayət verilir və həmin iddia sənədlərində vəkillərin payı 15 faizi keçmir. Heç onu demirəm ki, bu aşağı məhkəmə orqanlarına olan inam göstərici kimi dəyərləndirə bilər.

Deməli, şəxsin adından bir sıra hərəkətləri yerinə yetirən nümayəndə, daha aztəminatlı adamların hüquq qoruyucusuna çevrilib. Əgər onların içərisində qanunsuz fəaliyyət göstərənlər varsa, onları məsuliyyət cəlb etsinlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar