"Yüksək balla daxil olanların əksəriyyəti ilk semetrdə qeyri-kafi qiymət alır" - VİDEO

“Yüksək balla daxil olanların əksəriyyəti ilk semetrdə qeyri-kafi qiymət alır” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan təhsilin ən böyük problemi orta məktəblərdən başlayır.

“A24.az” xəbər verir ki, bunu İTV-nin “Açıq dərs” proqramında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov deyib.

Onun fikrincə, orta məktəblərdən ali məktəblərə gələn şagirdlərin biliyi təfəkkürə yox, yaddaşa söykənir: “Bu nə deməkdir? Yəni şagird orta məktəbdə təhsil alır və müəyyən bazaya malik olur. Onlar ali məktəbə qəbula yaxın dövrlərdə repetitorlardan dərs almağa başlayırlar. Həmin repetitorlar şagirdləri təfəkkürə yox, yaddaşa söykənən bilik üzərində hazırlayırlar. Bizə gələn xammalın keyfiyyətinin müəyyənləşdirilməsi, orta məktəb və ali məktəb arasındakı uçurumu araşdırmaq üçün tədqiqat işi aparmışıq. Tədqiqatlar ona söykənib ki, çox yüksək balla universitetlərə daxil olan tələbələrin böyük əksəriyyəti elə ilk semetrdə qeyri-kafi qiymət alırlar. Yəni ali məktəbdə tələbələr imtahanı yazılı şəkildə verir. Müəllimlər onların əzbərlədiklərinə yox, düşüncələrinə qiymət verir. Nəticədə böyük bir uçurum yaranır. Bu da təbii ki, ali məktəblərə yüksək balla daxil olan tələbələrin psixoloji durumuna mənfi təsir göstərir. Beləliklə, zəif düşüncəsi olan tələbələr ruhdan düşür, onların bir qismi isə yavaş-yavaş bu sistemə qayıdır. Odur ki, əgər biz Azərbaycanın təhsil sistemində problemləri aradan qaldırmaq istəyiriksə yaddaşa söykənən biliyə yox, təfəkkürə söykənən biliyə keçməliyik”.

M.Ramazanov çıxışında elmdə yaşlanma probleminə də toxunub və vacib hesab edib ki, bu sahədə gəncləşmə olmalıdır. Onun sözlərinə görə, elmdə xüsusən gənc oğlanların sayı artmalıdır: “BDU-nun Fizika fakültəsində 90-a yaxın müəllim var. Bunlardan 10 nəfərin yaşı 75-dən yuxarıdır. 25 nəfərin yaşı 65-75 arasındadır. Ən cavan 3 müəllimimiz var və onların yaşı 25-35 arasındadır. Elmdə qadınların sayı kişiləri üstələyir. Ən fəlakətli hal odur ki, fizika fakültəsində də bu hal yaşanır. Elə elm sahələri var ki, kişilər üçündür. Yəni həmin elmin tədiqat obyekti kişilərə aiddir. Məsələn, yüksək gərginliklərlə, mürəkkəb sxemlərlə kişilər işləməlidir. Azərbaycanda magistraturada təhsil alan oğlanların sayı ölkə üzrə magistrantların 5 faizini təşkil edir. Çünki onlar orduya xidmətə gedirlər. Amma qayıdandan sonra biz onları tədrisə cəlb edə bilmirk. Xidmətdən qayıdandan sonra onlar kənar yerlərdə iş axtarırlar. Odur ki, magistrantlara hərbi xidmətdən möhlət hüququ vermək məsələsi həll edilməlidir. Bu, Azərbaycan üçün çox vacib məsələdir. Amma niyə həll olunmadığı mənə çatmır”.

M.Ramazanov onu da əlavə edib ki, naşı, biliyi və təcrübəsi olmayan adamlar magistrantlara möhlət hüququnun verilməsi məsələsini başqa cür yozmağa çalışırlar və dolayı yolla magistrlərin orduya getməsinin vacibliyini əaaslandırmağa çalışırlar: “Bəli, Azərbaycanın bütün sağlam adamlarının orduya getmək borcudur. Bu vəzifəni 35 yaşına kimi hamı yerinə yetirməlidir. Amma Konstitusiyamızda da var ki, Azərbaycan vətəndaşları fasiləsiz təhsil almaq hüququna malikdir. Biz bunu təmin eləməliyik. Xüsusən magistraturada”.

https://www.youtube.com/watch?v=8rnF9BwTP-I

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar