Yüksək təzyiqiniz varsa bu qidaları mütləq istifadə edin- MƏSLƏHƏTLƏR

Yüksək təzyiqiniz varsa bu qidaları mütləq istifadə edin- MƏSLƏHƏTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Yüksək təzyiq insan orqanizminə çox ciddi ziyan vurur, ürək və damarlarda, gözlərdə, böyrəklərdə ağır pozulmaların inkişafına səbəb olur.

Yüksək təzyiq infarkt və insultun əsas səbəbidir. Təzyiqi normada saxlamaq həyati vacibdir.

Həkimlər hipertoniyadan əziyyət çəkənlərə təzyiqi tənzimləmək üçün xüsusi dərmanlar təyin edir. Bəzi qida məhsulları da təzyiqi normaya salmağa kömək edir.

A24.Az sizə təzyiqi salan ən yaxşı yay məhsullarını təqdim edir:

– Pomidor

Likopin və kaliumla zəngin olan pomidor ürək-damar sistemi üçün çox faydalıdır. Likopin damarlarn sağlamlığını qoruyur. Kalium ürəyin fəaliyyətini yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir. Pomidorun faydasını artırmaq üçün onu bir qədər qızartmaq lazımdır. Bu pomidorda olan likopinin miqdarını xeyli artırır.

– Xiyar  

Xiyar da kaliumla zəngindir və həmçinin yüngül sidikqovucu təsir edir ki, bununla da ürəyə düşən gərginliyi azaldır.

– Qarağat

C vitamini ilə zəngin olan qarağat damarları möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir.

– Qarpız

Bu meyvə də likopin və kaliumla zəngindir. Likopinin miqdarını artırmaq üçün qarpızı soyuducuda deyil, ev temperaturunda saxlayın.

– Quşüzümü

Meşələrdə bitən quşüzümü çox güclü antioksidant xüsusiyyətlərə malikdir. Quşüzümü damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, təzyiqi tənzimləyir.

– Ərik

Ərik də ürək üçün ən faydalı məhsullardan biri sayılır. Ərik kalium və maqneziumla zəngindir. Bu 2 mineral ürəyin normal fəaliyyətini tənzim edir, təzyiqi normallaşdırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar