“Yula” elanlar saytı “Odnoklassniki”yə birləşdi

“Yula” elanlar saytı “Odnoklassniki”yə birləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Mail.ru Group” pulsuz elanlar saytı “Yula”nın məhsul bazasını “Odnoklassniki” sosial şəbəkəsinə inteqrasiya edib.

A24.Az lent.az-a istinadən xəbər verir ki, inteqrasiya “Yula”nın bazasını “Odnoklassniki”də və xidmətin özündə sinxronlaşdırmağa imkan verəcək. Yəni “Odnoklssniki”də çıxan elan Yula”da da görünəcək və ya əksinə.

“Yula” istifadəçinin yaxınlığında müxtəlif kateqoriyalı malları axtarıb tapmağa imkan verən elanlar xidmətidir. Bu məqsədlə geolokasiya funksiyasından istifadə edilir. Bu funksiya “Odnoklassniki”də yaradılacaq yeni bölmədə də olacaq. Xidmətə istinad linki profil fotolarının altında yerləşdiriləcək.

Hazırda xidmətin yalnız veb versiyası mövcuddur. Gələcəkdə isə iOS və Android üçün də əlçatan olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar