A24 Xeber

Yumurtanın içindən görün nə çıxdı?

Yumurtanın içindən görün nə çıxdı?
631
06 Dekabr 2018 - 13:49

Türkiyənin Ərzurum bölgəsində illərdir toyuq bəsləyən Sadiq Albayraq qeyri-adi bir vəziyyətlə qarşılaşıb.

A24.Az Türkiyə mediasına istinadla bildirir ki, bəslədiyi toyuqlardan birinin yumurtasını qırdıqda yumurtanın içindən başqa bir yumurta çıxıb. Evli və 4 uşaq atası olan Albayraq ilk dəfədir belə bir şey gördüyünü bildirib və hadisə qarşısında təəccübünü gizlədə bilməyib.
Elm adamları buna açıqlama gətirib. Atatürk Universitetindən baytar Əkrəm Laçın bunu belə izah edib “Bir yumurtanın yumurtlanması üçün orta hesabla 24,5 saatlıq bir müddət lazımdır. Anormal şəkilli yumurtaların formalaşması əsasən uterusda meydana gələn çatışmazlıqlardan qaynaqlanır. İç-içə yumurtlama elmdə “counter-peristalsis contraction” kimi bilinir. İnkişafını tamamlamış bir yumurta başqa və daha böyük yetkin bir yumurtanın içərisində yerləşir. Stress amillərinə bağlı olaraq yumurta kanalında inkişafını tamamlamış, ancaq hələ yumurtlanmamış bir yumurta var ikən erkəndən yeni bir yumurta sarısının buraxılması yaranır. Bu halda ilk yumurtanı geri gətirəcək ixtisar meydana gəlir. Albumin, pərdələr və son olaraq bunları tamamilə bağlayan yeni bir qabıq ilə örtülür”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00