Yunan-Roma güləşçilərimizin Rio-2016-dakı rəqibləri müəyyənləşib

Yunan-Roma güləşçilərimizin Rio-2016-dakı rəqibləri müəyyənləşib
Want create site? Find Free WordPress Themes and plugins.

Avqustun 14-də “Rio-2016” Yay Olimpiya Oyunlarında güləş yarışlarına start veriləcək.

Döşək üzərinə çıxacaq yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının iki üzvünün rəqibləri müəyyənləşib.

“a24.az” AZƏRTAC-a istinadən xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. R.Bayramov bu rəqibini keçdiyi təqdirdə dörddəbir finalda Mahadi El Messaudi (Mərakeş)-Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş saat 17:15-də başlayacaq.

Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyevin isə 1/16 final mərhələsində rəqibi misirli Mahmud Fevzi Rəşad Sebye olacaq. Güləşçimizin birinci görüşü saat 17:05-də keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar