Yunan təyyarəsi qəzaya uğradı

Yunan təyyarəsi qəzaya uğradı
Want create site? Find Free WordPress Themes and plugins.
Ege dənizində Yunanıstanın Mirage 2000-5 tipli döyüş təyyarəsi İskiri adasına yaxınlığında düşüb.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Yunan Hava Qüvvələrinin Mirage 2000 tipli döyüş təyyarəsi İskiri adası yaxınlığında naməlum səbəbdən düşdüyü deyilir.
Yunanıstan mətbuatında verilən məlumatlara görə, Ege dənizində 2 ədəd Mirage 2000 tipli döyüş təyyarəsi ilə iki Türk döyüş təyyarəsini ard-arda uçarkən görünüb. Yunanıstan təyyarələrindən biri bazaya geri dönərkən, saat 12.15-də Skiros adasının 9 mil uzaqlıqda dənizin şimal istiqamətində bilinməyən səbəbələrdən dənizə düşüb. Digər Mirage-2000 təyyarəsinin pilotu vəziyyətini onun bazasına bildirib. Dənizə düşdüyü iddia edilən döyüş təyyarəsini və pilotunu tapmaq üçün bölgədə geniş axtarışlar başladılıb.
Türkiyə Silahlı Qüvvələri hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, Yunan Mirage 2000 təyyarəsinin dənizə düşdüyü bölgədə Türkiyəyə məxsus heç bir təyyarə olmayıb.
Orxan Aslanlı // A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar