Yunanıstan Türkiyənin 18 adasını işğal edib? - FOTOSƏNƏD

Yunanıstan Türkiyənin 18 adasını işğal edib? – FOTOSƏNƏD
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstan Egey dənizində Türkiyəyə məxsus olan daha bir adanı işğal edib.

“A24.az” “AzVision.az”a istinadən xəbər verir ki, beynəlxalq hüquqa görə Türkiyəyə aid olan Maratxi Adasının 2004-ci ildən bəri yunan işğalı altında olduğu ortaya çıxıb.

Adaya Yunanıstan vətəndaşları yerləşdirilib və ölkə bayraqları asılıb. Bununla da yunanların işğal etdiyi adaların sayı 18-ə çatıb.

Qeyd edək ki,1932-ci ilin 4 yanvar tarixində imzalanan Türkiyə-İtaliya Konvensiyasının birinci maddəsində Maratxi Adasının Türkiyənin suverenliyi altında olduğu bildirilib.

1943-cü il tarixli İngilis xəritəsində və 1951-ci il tarixli Amerika xəritəsində Maratxi Adasının Türkiyəyə aid olduğu açıq şəkildə göstərilib.

01belgeaynen

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar