Yunanıstanda parlament önündəki dəmir barmaqlıqlar ləğv edildi

Yunanıstanda parlament önündəki dəmir barmaqlıqlar ləğv edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstanda yeni qurulan SYRIZA hökuməti vaxt itirmədən “populist” qərarlar almağa başladı. Dünən böyük bir özəlləşdirmə planını ləğv edən hökumət eyni zamanda simvolik olaraq əhəmiyyət daşıyan bir yeniliyə də imza atdı. Paytaxt Afinada olan Yunan Parlamentinin önündəki dəmir çəpər söküldü.

Parlament qarşısında olan dəmir çəpər Vətəndaşı Qoruma və İctimaiyət Nizamı nazirinin müavini Yannis Panusisin təklifi ilə ləğv edildi. Hökumətin mövzuyla əlaqədar verdiyi açıqlamada “Dəmir barmaqlıqlar memorandum hökumətlərinin avtoritar rejimini simvolizə edirdi və hökuməti xalqdan ayırırdı” ifadələrinə yer verildi. Açıqlamada, “Memorandumlarla birlikdə Yunanlılar bu günə qədər ayıran nə varsa gedəcək” sözlərindən istifadə edildi.

SYRIZA lideri Aleksis Çipras Avropa Birliyi və onun maliyyə təşkilatlarına qarşı çıxır və xalq ilə hökumət arasındakı maneələrin qaldırılması istiqamətində “sosialist” bir siyasət yürüdür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar