Yunanıstanın yeni Turizm naziri Elena Kundura oldu

Yunanıstanın yeni Turizm naziri Elena Kundura oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Ölkənin yeni Turizm naziri sağçı koalisiyalı, Müstəqil Yunanların vəkili olan Elena Kuntura oldu.

Yunanıstanda yeni Baş nazir Aleksis Çiprasın, yeni islahatlar edəcək kabineti müəyyən oldu. SYRİZA-nın sağç vəkili Elena Kuntura, yeni hökumətdə Turizm naziri olaraq yerini tutdu.

Mövcud iqtisadi çətinlikləri nəzərə alsaq görərik ki, turizm Yunanıstanın əsas gəlir sahələrindən biridir. Yunan mediasına görə, yeni hökumətin ən əhəmiyyətli gəlir qaynağı olacaq turizm sahəsinin Elena Kunturaya həvalə edilməsi də olduqca maraqlıdır.

Atası hərbçi olan Kuntura, kiçik yaşdan etibarən atletika ilə məşğul olmuş və 11 yaşında 100 metrdə rekord qırıb. Gənclik illərində modellik edən Kuntura, bir çox dünyaca məşhur moda evi ilə işləyib, makiyaj şirkəti “Shiseido”nun siması olub. ABŞ mərkəzli CNN televiziyası tərəfindən də “xaricdəki ən yaxşı 10 model” arasında göstərildi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar