Yusif ifaçının oxumağını üzünə vurdu - VİDEO

Yusif ifaçının oxumağını üzünə vurdu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ATV kanalında yayımlanan “10-dan sonra” verilişində aparıcı Yusif skripkada ifa edən Səlim Abbasovun oxumağını bəyənməyib.

Verilişdə “Bəri gəl” mahnısını ifa edən Səlim Abbasov daha sonra yerinə əyləşib. Yusif isə üzünü ifaçıya tutaraq “sən belə oxudun, mən özümü karaokedə hiss elədim. Amma ən yaxşısı vallah, skripka sənin çiynindən düşməsin. Sən hələ skripka çal, skripka sənin üçün vacibdir, amma karaoke kimi də oxuya bilərsən. Burda pis bir şey yoxdur” deyib.

Aparıcının sözlərinə sərt reaksiya verən gənc ifaçı isə “Yusif, mənim öz sevənlərim var. Mənim elə mahnılarım var ki, sən onları dinləməmisən. Sənin üçün skripka ifa edərəm, digər dostlar üçün mahnı oxuyaram. Hər halda sizin verilişdə o qədər müğənnilər olur ki, çoxundan yaxşı oxuyuram” – deyərək özünü  müdafiə edib və ona göstərilən kobud münasibətə dərhal qarşılıq verib.

“A24.az” verilişdən olan videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=vWDrdMpFVb4

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar