A24 Xeber

Zərdabda vəzifəli şəxsin 31 yaşlı oğlu intihar etdi – Ailəsi ilə birlikdə…

Zərdabda vəzifəli şəxsin 31 yaşlı oğlu intihar etdi – Ailəsi ilə birlikdə…
673
06 Dekabr 2018 - 13:54

Ötən gün Zərdab rayonunda baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

A24.az-ın əldə etdiyi məlumata görə, dekabrın 5-də rayonun Yuxarı Seyidlər kəndində yaşadığı evin həyətindəki tikilidə özünü asaraq intihar edən kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Boris oğlu Abbasov həmin günü Bakıdan ailəsi ilə birlikdə kəndə gedib.

Günorta saatlarında kənddəki evinə çatan C.Abbasov valideynləri ilə görüşdükdən sonra yoxa çıxıb. Telefonuna zəng çatmadığını görən yaxınları onu axtarmağa başlayıb. Valideynləri axşam saatlarında onun meyitini həyətlərindəki tikilidə kəndirdən asılmış vəziyyətdə tapıblar.

Bir uşaq atası olan C.Abbasov Bakıda fəhlə işləyirmiş. Onun bir neçə ildir ki, həyat yoldaşı və uşağı ilə birlikdə paytaxtda yaşadığı bildirilir. Mərhumun atası Boris Abbasov Zərdab rayon Suvarma Sistemlər İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00