Zakir Həsənov hərbçilərə mənzillərin verilməsindən danışdı

Zakir Həsənov hərbçilərə mənzillərin verilməsindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub”. 

“A24.az” “Report”a istinadən xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır: “Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib”.

Nazir bildirib ki, qısa müddətdə xüsusilə cəbhəboyu zonada 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib: “Hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır. Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar