Zakir Həsənov: Münaqişənin həllinin uzadılması onu daha da alovlandırır

Zakir Həsənov: Münaqişənin həllinin uzadılması onu daha da alovlandırır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, cəbhədəki mövcud vəziyyətə toxunan nazir qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Zakir Həsənov bildirib ki, Ermənistanla münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır:

“Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də, Ordumuzun silahının gücünü öz üzərində hiss edəcəkdir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar